Sosial media hesabında yayımlanan cəsarətli fotoları ilə tez-tez gündəmə gələn türkiyəli məşhur model Didem Soydan "İnstagram"da paylaşdığı son şəkillərinə görə tənqid atəşinə tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açıq-saçıq yeni şəkillərinə irad tutulan model şərhləri cavabsız buraxsa da, bir izləyicisinini təhqiramiz replikasına tolerant yanaşa bilməyib.

Torlu geyim tərzinə "ilişən" və "bu cür geyinməkdə məqsədin nə ola bilər axı?",- soruşan şəxsə Soydan belə cavab verib: "Məqsədi yoxdur, modeləm, pulu brend (geyim şirkəti) ödəyir, geyinirəm. Mən o pulla yaşayıram. Burada başqa hiss yoxdur, sadəcə iş var. Gələn həftə məni qapalı və ya bundan da açıq-saçıq geyimdə görə bilərsən. Səni xəbərdar edəcəm, sonra inciməni istəmirəm...”.

Ləman

MİA.AZ