Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət
Yol Polisinin (DYP) rəhbər heyətində kadr dəyişikliyi edib.
AzNews.az-ın məlumatına görə, bir müddət əvvəl təqaüdə göndərilən
paytaxt DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir
Piriyevin yerinə təyinat həyata keçirilib.
Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət
Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir
Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair
xəbərlər yer alsa da, sonradan N. Piriyevin yaşı ilə bağlı təqaüdə
göndərildiyi bəlli oldu.
Ramil Usubovdan daha bir dəyişiklik-TƏYİNAT
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08