Məşhur rəqqasə, son illər isə müğənniliyə də başlayan Didem Kınalı İstanbulda küçənin ortasında soyulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü sosial media hesabında canlı yayımda danışıb.

Didem Kınalı bildirib ki, ötən axşam iti ilə küçəyə çıxıb: "İtimi gəzdirməyə, həm də hava almağa çıxmışdım. Qəfil bir nəfər əlində bıçaqla qarşımı kəsdi. Bıçaqlanacağımdan qorxaraq soyğunçuya dirənmədim. O da əlimdəki telefonu qapıb qaçdı...".

Müğənni daha sonra polislərdən narazılıq edib: "Dərhal polisə məlumat versəm də, hadisə yerinə gələn olmadı. Olan isə mənim 70 min lirəlik telefonuma oldu...".

Ləman

MİA.AZ