Seksual görüntülərini sosial mediada canlı yayımda nümayiş etdirməklə geniş izləyici kütləsi qazanan fenomen Gizem Bağdaçiçek bu cür davranışa görə haqqında cinayət işi açılmasına baxmayaraq, hələ də öz "yolu"nda davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan bir neçə gün əvvəl polisə aparılan Gizem Bağdaçiçek canlı yayımda paylaşdığı seksual görüntülərinin "əvvələ aid olduğunu, daha belə etmədiyini" deyib və bir daha belə videolarını yaymayacağı sözü ilə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.
Məlumata görə, sərbəst buraxıldıqdan iki gün sonra isə, o, yenidən sosial mediada canlı yayım açaraq, eyni "davranış"lar göstərməyə başlayıb.
İzləyiciləri isə ona "keçmiş olsun, gözəl" tipli mesajlar yazıblar.
Türkiyə mətbuatı yazır ki, bu "hərəkət"i onun barəsində həbs qərarının verilməsi ilə nəticələnə bilər.
Ləman
MİA.AZ