Paytaxtda avtomobillərin saxlanılması (parkinq) məsələlərinin yerli icra hakimiyyətlərinə verilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq mexanizm hazırlanır.

MİA Simsar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

O bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat veriləcək.