Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

MİA xəbər verir ki, bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər ənbələrdən daxil olub.

Xəbərə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları olub. Həmin skandalda yol polisi əməkdaşları da yer alıb.