Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Azərbaycan Respublikası ulu öndərimiz Heydər Əliyevin müdrik rəhbərliyi, ideya və təşəbbüsləri ilə, inkişaf edən, qüdrətlənən və 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə bitirilməsinə nail olan bir dövlət olaraq, inkişaf etməkdədir.
Güclü iqtisadiyyata malik olan, təminatqabiliyyətliliyi ilə fərqlənmiş olan, sosial dayanıqlılığa və etibarlılığa doğru zəruri olan islahatların sistemliliyinə təminat yaradan ölkəmiz, müasir təhsil standartlarının da qərarlaşmasına zəmin yarada bilmişdir. Tarixi ərazilərimizin geri qaytarılması, əraz bütövlüyümüzün və suverenliyimizin təmin olunması bütün sahələr kimi elmi araşdırmalar mühitində də etibarlı əsaslandırmalar tələb etməkdədir. Məhz bu mənada da, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında reallaşan “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin olduqca mühüm əhəmiyyətini qeyd etmək yerinə düşər.
23-24 noyabr tarixlərində keçirilən festival-konqres bir çox xüsusiyyətlərinə görə olduqca əhəmiyyətli olmaqdadır. Hər şeydən əvvəl, Naxçıvan Muxtar Respublikasının ölkəmizin tarixi-iqtisadi həyatında mühüm rola malik olduğunu bir daha ortaya qoymuş oldu. Bununla yanaşı, tarixi Qayıdışın ölkəmizin oddan alovdan xilas etdiyi kimi, hazırda da tarixi ərazilərimizə qayıdışla davam etdiyini qeyd etmək olar. Eyni zamanda, ölkəmizin yeni reallıqlar müstəvisində müəyyən olunan hədəflərini daha da əlçatan etmiş olan məsələlərin həyata keçirilməsindəki qətiyyətliliyini və məqsədyönlülüyünü bir daha ortaya qoymaqdadır.
Beləliklə, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış mərasimin keçirilməsi və dövlətçilik tariximizin ən qürurverici mərhələlərindən biri olaraq, bu tədbirin reallaşması yeni hədəflərimizin qətiyyətli olmasını bir daha göstərmiş oldu. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə öz işinə başlayan festival-konqresdə, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa olunmasında canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi cənab Fuad Nəcəfli çıxış edərək qeyd etdi ki, tarixin ən güclü dövrünü yaşayan Azərbaycan Respublikasının ən mühüm uğuru, Qarabağ və Şərqi Zəngəzurla bağlı abadlaşdırma işləri ilə yanaşı, eyni zamanda, Qərbi Azərbaycana Qayıdışdan ibarət olmaqdadır. Festival və konqresin tarixi mahiyyətini yüksək qiymətləndirən Səlahiyyətli Nümayəndə, bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurlarına şahidlik edir. Bunlardan biri də ölkəmizin başçıısı cənab İlham Əliyevin uğurla reallaşdırmış olduğu Qərbi Azərbaycana Qayıdış konsepsiyasıdır.
Sonra Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru Mahirə Hüseynova festival-konqresin ictimai, siyasi, elmi, tarixi, mədəni, iqtisadi və sosial mahiyyəti barəsində söz açdılar. Xüsusilə də, bu sahədə, elmi araşdırmaların, konfransların və tədqiqat nəticələrinin də önəmini vurğuladılar.
23 noyabr 2023-cü il tarixində günün ikinci yarısında isə Naxçıvan şəhərində, Heydər Əliyev Sarayında “Qərbi Azərbaycana qayıdış” festivalı keçirildi. Festivalda ilk öncə, Qərbi Azərbaycana həsr olunan sərginin nümayişi keçirildi. Ardınca festival öz işinə başladı.
İlk olaraq, AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Misir Mərdanov, Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının Sədri, Milli Məclisin üzvü, akademik Əhliman Əmiraslanov, Gazi Universitetinin rektoru, professor Musa Yıldız, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Atatürk Universitetinin rektoru, professor Ömer Çomaklı, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar çıxış etdilər.
Bildirdilər ki, Qərbi Azərbaycan mövzusu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə daha da aktuallaşmışdır. Bu gün keçirilən festival- konqres ən uğurlu layihələrdən biri olmaqdadır. Dövlət başçımız qeyd etdiyi kimi, biz Qərbi Azərbaycana qayıdacağıq. Tariximizə, mədəniyyətimizə, mədəni irsimizə sahib çıxmalıyıq. Bunları beynəlxalq miqyasda müdafiə etməliyik. Bildirdilər ki, festival- konqres olduqca böyük mahiyyət kəsb etməkdədir. Çünki, dövlətimizun və xalqımızın birliyi, bizim tarixi Qələbəmizi təmin elədi. Bütün ömrümüz boyunca əziz Şəhidlərimizin xatirəsini yad edəcək, qəhrəman qazilərimizə minnətdar olacağıq. Sonra Qərbi Azərbaycan folklor nümunələrindən ibarət olan konsert proqramı başlandı.
24 noyabr 2023-cü il tarixində festival-konqres Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində, həmçinin, Magistratura və Doktorantura Mərkəzində bölmə iclasları ilə davam etməkdədir. Bölmə iclaslarında A salonu üzrə 4, B salonu üzrə 4, C salonu üzrə 3, D salonu üzrə 3 sessiya öz işinə davam etməkdədir.
Bölmələrin A və B salonları İncəsənət fakültəsində, C və D salonları isə Magistratura və Doktorantura Mərkəzində təşkil olunmuşdur.
Bölmələr üzrə:
- Tarixi Azərbaycan: Qərbi Azərbaycana qayıdış missiyası;
- erməni yalanlarını ifşa edən mənbələr;
- Qədim Oğuz -Türk yurdu olan İrəvan abidələri;
- Vedibasar 1918-1020-ci illərdə;
- Qərbi Azərbaycandan deportasiya;
- Tarixi torpağımız: Qərbi Azərbaycan;
- Qərbi Azərbaycan: folklor da bir tarixdir;
- Qərbi Azərbaycanda xalçaçılığın inkişafı;
- Göyçəsiz illərim;
- Göyçə aşıq məktəbinin yetirmələri;
- Zəngəzur sözünün etimologiyası;
- saxtalaşdırılmış türk mənşəli toponimlər;
- Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları;
- İrəvan Gimnaziyası və tanınmış məzunları və s. kimi mövzular müzakirələrə cəlb olunmuş və slaytlar vasitəsilə təqdim olunmuşdur.
24 noyabr 2023-cü il tarixində günün ikinci yarısında da, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində, həmçinin, Magistratura və Doktorantura Mərkəzində bölmələr üzrə iclaslar davam etmişdir.
Qərbi Azərbaycan mövzusundan bəhs edən yeni nəşrlərin də olması bu sahədə, genişmiqyaslı elmi araşdırmaların mövcud olması ilə daha etibarlı nəticələrin olmasını ortaya qoymaqdadır. Bu sahədə, festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu kollektivinin Qərbi Azərbaycan tarixi üzrə hazırladığı əsərlərin və Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərovun “Aşıq yaradıcılığıda Qərbi Azərbaycan” adlı kitabının təqdimatlarının keçirilməsi əlamətdarlığına görə seçilməkdədir.
Bununla yanaşı, festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilmişdir. Belə ki, Bakı Dövlət Universitetinin professoru, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru Sübhan Əliyev hüquqşünaslıq ixtisasının tələbələri üçün “İnzibati məhkəmə icraatında iddialar və onların növləri” mövzusunda mühazirə demişdir.
Festival-konqres çərçivəsində milli mədəniyyətimizin, tarixi keçmişimizin və müasirliyimizin vəhdətindən ibarət olan sənədli filmlərin də nümayiş olunması, müəyyən olunan tədbirlərin, proqramın və layihələrin sistemliyini, əlaqəliliyini və düzgün tənzimləndiyini bir daha ifadə edirdi. Belə ki, Naxçıvan şəhər Gənclər Mərkəzində Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Yada daşı” sənədli filminə baxış keçirilmişdir.
Festival-konqres özündə elmlə tədrisin, təhsilin və ixtisaslaşmanın da olduqca sıx, əlaqəli və mahiyyətləndirici xüsusiyyətlərini də birləşdirməkdədir. Belə ki, qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universiteti, artıq Qərbi Azərbaycan haqqında elmi-pedaqoji kadrların hazırlanmasında da hədəflərini müəyyən etmişdir.
Belə ki, qarşıdakı tədris illəri üzrə:
- “Tarix”
- “Tarix müəllimliyi”
- “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”
- “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında
- “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”
- “Qərbi Azərbaycanın toponimikası”
- “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” xüsusi fənləri tədris olunacaqdır.
Qeyd olunan tədbirlərin təşkili və idarə olunması sahəsindəki nəticələrdən aydın olur ki, konqres-festival, öz işinə uğurla başladı, uğurla davam etdirdi və uğurla yekunlaşdırdı. 24 noyabr tarixində iştirakçılara sertifikatlar verildi. Bu mənada da, festival-konqresimiz elmi-nəzəri, təcrübi, ictimai, siyasi, sosial, iqtisadi, hüquqi, mədəni və bütün mənalar üzrə mahiyyətinə görə, yaddaşlara və tariximizə qızıl hərflərlə yazılacaq.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, növbəti mühüm yüksək səviyyəli tədbirin reallaşması üçün hazırlıq işlərini inam və sevgi ilə davam etdirmiş və bunu bir daha böyük dövlət qayğısı və əldə etmiş olduğu təcrübə ilə bacarmışdır. Malik olduğu çoxtərəfli mahiyyətinə, elmi, əhəmiyyətinə və mənəvi firəvanlıq dəyərlərinə görə aktuallıq kəsb etmiş olan “Qərbi Azərbaycana qayıdış” adlı festival və hər il keçirilməsi nəzərdə tutulan “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres, 23-24 noyabr 2023-cü il tarixlərində Naxçıvan şəhərində baş tutmaqla, çox mühüm tarixi hadisə olaraq yadda qalacaq.
Bu, eyni zamanda:
- bütünlükdə, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması, tarixi ərazilərimizə sahib olmanın böyük qürurunu yaşamağın və yeni reallıqlar müstəvisində daha qüdrətli dövlət quruculuğu proseslərinin ən gerçək ifadəsi olmaqdadır;
- xalqımızın ümummilli lideri dahi Heydər Əliyevin görmək istədiyi böyük, inkişaf edən və qüdrətlənən Azərbaycan dövlətinin gələcək üçün atmış olduğu qətiyyətli addımların gurultulu səsidir;
- yeni reallıqlar müstəvisində güclü Azərbaycan dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın, qədirbilən xalqımızın sarsılmaz birliyinin həmişəyaşar ifadəsidir. ALLAH əziz Şəhidlərimizə rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa versin;
- tarixiliklə müasirliyin, elmlə tədrisin, bu günlə sabahın və gələcəyin səsləşməsi və bu proseslərdə Naxçıvan Muxtar Respublikasının ayrılmaz tərkib hissəsi olduğu qüdrətli Azərbaycan dövlətinin davamlı inkişafına vermiş olduğu mühüm töhfədir;
- milli iqtisadiyyatın uzunmüddətli prioritetlərinin daha da əlçatan olmasında düşünülmüş, məqsədyönlü və dinamik tədbirlərin elmi, təcrübi və məntiqi nəticəsidir;
- Qərbi Azərbaycana qayıdış proseslərində müəyyən olunan qürurverici tədbirlər üzrə dövlətimizin gündəlik qayğı və diqqətindən güc alan Naxçıvan Dövlət Universitetinin həyata keçirmiş və bununla da, müəllifi olduğu mütərəqqi, Ali Məktəb modelinin göstəricisidir;
- İşğaldan azad olunan ərazilərimizin, Xankəndimizin, Şuşamızın, Xocalımızın, Kəlbəcərimizin, Ağdamımızın, Zəngilanımızın, Xocavəndimizin və digər doğma torpaqlarımızın alqış səsləridir;
- Milli liderimizlə başlanan və xalqımıza yeni həyat gətirən tarixi QAYIDIŞIN işğaldan azad olunan və tarixi torpaqlarımıza başlanmış olan iftixarlı davamıdır.
MİA.AZ