Ötən gün saxlanılan sosial media fenomeni Banu Parlak bu gün az əvv\əl sərbəst buraxılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, evində qanunsuz silah (tapança) saxlamaqda ittiham olunan banu Parlak prokurora ifadə verib.
Məlumata görə, ifadəsi alındıqdan sonra prokurorluq onu məhkəməyə sövq edib.
Büyükçekmece məhkəməsi onu polis nəzarətinə verilmə şərti ilə azadlığa buraxıb.
Məhkəmə zalından sərbəst buraxılan Parlak jurnalistlərin suallaırna cavab vermədən qaçaraq maşına əyləşib və oradan uzaqlaşıb.
****
Sosial media fenomeni Banu Parlak yenidən saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsasən İstanbulda gözəllik salonları cə sosial mediadakı zəngin həyat tərzləri ilə bağlı paylaşımlarla tanınan Dilan Polat və Engin Polat cütlüyü davası ilə gündəmə gələn sosial media fenomeni və gözəllik mərkəzinin sahibi Banu Parlak bu gün İstanbul polisləri tərəfindən tutuluib.
Məlumata görə, Banu Parlaka evində sənədsiz silah saxlama ittihamı irəli sürülüb.
İstanbul Böyükçekmece Respublika Baş Prokurorluğunun məlumatına görə, faktla baölı cinayət işi açılıb, istintaq davam edir.
Xatırladaq ki, Polat cütlüyü həbs olunan günü Banu Parlaq sosial media hesabında sevincdən rəqs edib.
Zülfiyyə
MİA.AZ