Model Antaliyada keçirilən "18-ci Dosso Dossi Fashion Show"-ə qatılıb, işlərinin çox olmasına baxmayaraq Şeyk vaxt tapan kimi istirahətə yollanır.
Ötən günlərdə cazibədar xanım türk hamamına yollanaraq fotoları şəxsi İnstagram səhifəsində paylaşmışdı. Bu dəfə isə, model ona hədiyyə edilən rəsm əsərini nümayiş edib. Rəsmdə İrina Şeyk Türk xanımı obrazında çəkilib. Model özü Türkiyəni çox bəyəndiyini və vaxt tapdıqca ora yollanacağını deyib(Anspress).
