ANS PRESS-in məlumatına görə, Şarapova fotosessiyanı kubokla birlikdə Eyfel qülləsinin qarşısında edib.
Xatırladaq ki, rus tennisçi Mariya Şarapova rumıniyalı Simona Halep üzərində qələbə çalaraq 6:4, 6:7 (5:7), 6:4, ikinci dəfə "Rolan Qaros" turnirinin qalibi olub.
Rəqiblərin kort üzərində mübarizəsi 3 saatdan çox davam edib. Qeyd edək, bu Simona Halepin "Rolan Qaros" turnirinin final mərhələsində ilk çıxışı olub.
Mariya Şarapova "Rolan Qaros" turnirində ilk qalibiyyətini 2012-ci ildə qazanıb, ötən il isə amerikalı Serena Uilyamsa məğlub olub.
Qeyd edək ki, bu rusiyalı tennisçinin "Böyük Dəbilqə" turnirlərində sayca 5-ci qələbəsidir.








