Tanınmış şair, çox sayda sevilən mahnıların söz yazarı, "Humay” mükafatı laureatı, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 60 illik yubileyi qeyd edilib.
Mia.az-ın məlumatına
görə, tədbir şairin doğulub-böyüdüyü İsmayıllı rayonunda keçirilib. Saleh
Bağırovun aparıcılıq etdiyi mərasimdə çıxış edərək təəssüratlarını və hislərini
bölüşüb: "Bilmirəm 60 yaş haradan gəlib?! Bunun 58 ilini danışıram, yazıram, düşünürəm. Bu gün isə sizləri
dinləmək istəyirəm. Adətən belə günlərdə insana təriflər edirlər. Lakin mən bu
gün sizin tənqidlərinizi də eşitmək istəyirəm. Əgər deyər verən olmasa, heç nəyin
dəyəri olmayacaq. Dəyər verdiyiniz üçün çox sağ olun”.
Şair mərasimə "Məndən
bir də olmayacaq” şeri ilə başlayıb və tədbir
boyu şerlərindən nümunələr səsləndirib.
Yubiley tədbirində
xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur
B.Vəziroğlunun sözlərinə bəstələnən mahnıları ifa etdilər. Rejissor,
aktyor Şeyx Əbdül Mahmudbəyov, Azərbaycan
Respublikası "Qızıl Aypara və Qızıl Xaç Komitəsi”nin prezidenti, bəstəkar
Novruz Aslan şair haqqında fikirlərini bölüşüblər.
Tədbirdə iştirak
edən müğənni Yaşar Cəlilov B. Vəziroğlunun sözlərinə Kamalın bəstələdiyi yeni "Ulduzlu
gecə” mahnısını ifa edib. Bu həm də
kompozisiyanın televiziyada ilk səslənməsi
olub. Mahnını tamaşaçılara şair
özü təqdim edib: "Bu gün yeni bir mahnımızı da eşidəcəksiniz. Mahnı "Ulduzlu
gecə” adlanır. Sözləri bəndəniz, musiqisi Kamal müəllimə məxsus. Bu
mahnını cavan və istedadlı müğənniyə həvalə
etdik. Yaşar Cəlilovun ifasında "Ulduzlu gecə”ni dinləyin”.