Ana Vətən Partiyası Ali Məclisinin yaz sessiyası keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılaraq, bəzi Ali Məclis üzvlərinin səlahiyyətlərinə xitam verilib, yeni Ali Məclis üzvlərinin səlahiyyətləri təsdiq edilib.
Ali Məclisin
yığıncağında çıxış edən Fəzail Ağamalı partiyanın şəhər və rayon təşkilatlarının
sədrlərinə bələdiyyə seçkiləri ilə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verilib:
"Seçkilərdə namizədlər müəyyən olunarkən qadınlara və gənclərə xüsusi diqqət
yetirilməsi Ali Məclis üzvlərinin qarşısında vəzifə kimi qoyulub”.