Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən bildirilib ki, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

İclasda eyni zamanda qərara alınıb ki, milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədar olaraq iyunun 22-də saat 11:00-da mərhumun Fəxri Xiyabandakı məzarı ziyarət olunsun və eyni gündə partiyanın mərkəzi qərargahında Ali Məclisin növbəti sessiyası keçirilsin.