İsrailin Qəzza zolağını bombardman etməsinə etiraz edən dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli ilə atası arasında fikir ayrılığı yaşanır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ancelina Colinin atası Con Voight İsraili hücumlarına haqq verib: "İsrail ordusu öz torpaqlarını və xalqını qorumalıdır. Bu, bir müharibədir. Colinin düşündüyü kimi, sivil bir şəkildə davam edə bilməz".

O daha sonra deyib ki, qızının Fələstini müdafiə etməsini kədərlə qarşılayıb: “Mən bəzi insanlar kimi, qızımın Allahın həqiqətini dərk etməməsindən məyus oldum”.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzada Cibaliya Qaçqınlar Düşərgəsinə son hücumuna etiraz edərək, atəşkəs çağırışı etmişdi. Dünya şöhrətli sənətçi şəxsi İnstaqram hesabında qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini paylaşaraq “Bu, qaçmağa yeri olmayan, tələyə düşmüş cəmiyyətə qəsdən edilən hücumdur”, yazıb.

Ləman

MİA.AZ