Bu axşam yayımlanacaq "Yalı Çapkını" serialının qadına qarşı zorakılıq və xəyanət səhnələri izləyiciləri hiddətləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş rollarda Afra Saraçoğlu, Mert Ramazan Demir, Çetin Tekindor, Şerif Sezer, Gülçin Şantırcıoğlu, Diren Polatoğulları, Emre Altuğ, Gözde Kansu, Binnur Kaya, Tarık Emir Tekin rol aldığı "Yalı Çapkını" serialının bu axşam yayımlanacaq 43-cü bölümündən fraqmentlər yayılıb.

Fraqmentlərdən görünür ki, Ferit yasaq sevgisi Pelin hamilə olduğunu öyrənir. Qızı Seyranı malikanədən çıxarmaq istəyən Kazım isə qızına bıçaqla hücum edir.

Köşkdə baş verənlərə əsəbiləşən Halis Ağa isə İfakatın saçından tutub ona zorakılıq edir.

Bu və ya digər zorakılıq səhnəəri isə sosial mediada hiddət yaradıb. Bəzi izləyiciər bu səhnələrə Radio və Televizya Üst Qurumunun (RÜTK) müdaxilə etməsinin vacibliyini qabartmağa başlayıblar.

Ləman

MİA.AZ