İstanbul Hava Limanında dələduzluq ittihamı üzrə açılan cinayət işinə görə saxlanılan müğənni və sosial media fenomeni Banu Parlak məhkəmə tərəfindən sərbəst buraxılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü "İnstagram"dakı səhifəsində paylaşım edib.

Banu Parlak yazıb ki, günahsızdır: "Haqqımda olan xəbərləri görür və heyrətlə izləyirəm. Həbs və ya saxlanma yoxdur. Sadəcə olaraq, zamanında gedib ifadəmi verməmişdim. Verdim və artıq evimə gedirəm. Heç nə deyildiyi kimi deyil. Mən günahsızam".

Xatırladaq ki, Banu Parlak dünən İstanbuldan Trabzona gələrkən İstanbul Hava Limanının girişindəki polis məntəqəsində saxlanılıb.

Ləman

MİA.AZ