Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə Ermənistanın təmas xəttində iki gündür qanlı döyüşlər gedir.

 Bu haqda Mia.az-a Sədərək sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, son iki gündə atəş səsləri intensivləşib: «Artıq mövqelərimizə ağır texnikadan atəş açılır. Camaat iki gündür aralıqsız atəş səslərinə qulaq asırlar. Ordumuz hər bir hücum cəhdinə qətiyyətlə cavab zərbəsi endirirlər. Şükür ki, ordumuz hər hansı bir tələfat verməyib. Amma ermənilərin ciddi itkilər verdiyi danışılır».

 Məsələylə bağlı Müdafiə Nazirliyindən mövqe öyrənə bilmədik.