Türkiyədə tanınan sosial media fenomen Bilal Hancının arvadı onun bir barda xəyanət videosunu yayıb.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, yayılan videodan sonra TV8-ə bir verilişə dəvət alan Esin Çepni ərinin xəyanətndən danışarkən ağlamağa başlayıb.
Bu isə hənmin veirlişdə qonaq olan müğənni Tuğba Ekincini qəzəbləndirib.
O, "Niyə kişi üçün ağlayırsan? At oğrusu ilə evlənibsən. Boş ver, onun kmilərini. Niyə onun şəklini niyə paylaşıb göz yaşı tökürsən?" deyib.
Müğənni daha sonra onun YouTube-da milyonlarla izləyicisi olan “Kafalar Group”un üzvü Bilal Hancı ilə ayrılmasını vacib sayıb: "Səni sevməyən bir adamla niyə birlikdəsən? Görürsən səni sevmir, dərhal rədd elə. Ağlamaq nədir? Qadınlar belədir, kişilərimiz də bundan istifadə edirlər. Mənə bacın kimi bax. Bacın kimi deyrəm, bunları. İncimə yəni. Niyə ağlayırsan? Kişi üçün? Bu kimdir axı, Vəzirdirmi, kimdir axı? Mən qadınlarımızda qürurun olmaması çox əsəbiləşdirir. Təbii ki, sən layiqli adamla rastlaşacaqsan. Bu sənin ərindir? Onun tipindən at oğrusu yağır. Kişi bir işlə məşğul olar, hər şeylə yox. Sən daha gözəlsən, at oğrusu ilə evlənibsən, indisə görünür, o, səndən bezib, sən də onu dərhal rədd elə, getsin".
Xatırladaq ki, Esin Çepni ərinin barda bir qadınla öpüşdüyü videoları yayımlayıb.
Ləman
MİA.AZ