Samir Adıgözəlli,

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri

***

Oktyabrın 29-da qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdim.

Fürsətdən istifadə edib dəvətə görə Türkiyə Cümhuriyyəti Böyükelçisi Cahit Bağcıya təşəkkür edirəm.

Uzun illər ölkəmizin ictima-siyasi proseslərində fəal iştirak etmiş insanlarla bir arada olmaq, onlarla fikir mübadiləsi aparmaq xoş oldu.

Xoş olmayan isə uzun illər müxtəlif çətinliklərlə formalaşmış, hər zaman dövlətçiliyimiz möhkəmləndirilməsi üçün ciddi səy göstərmiş QHT sektorunun bu günki pərakəndəliyi oldu.

Demək olar ki, müxtəlif sektorlardan qonaqlar var idi və hər biri öz sahəsinin gücünü öz mütəşəkkilliyi ilə nümayiş etdirirdi.

QHT sektoru isə sanki ortalıqda və başsız qalmışdı.

Sanki hər kəs bir-birindən özünü qoruyurdu.

Tədbirdə bəzi həmkarların QHT sektroru ilə baxışlarını da öyrənmək və müzakirə etmək imkanım oldu. Sözsüz ki, hər kəs QHT Agentliyi ilə bağlı tənqidlərimizi haqlı hesab edərək bir qədər ehtiyatlı olmağı tövsiyyə etdilər. Bildirdilər ki, "bizim kimi hamı Agentlikdə nələrin baş verdiyini, orada korrupsiyanın tüğyan etdiyini, tenderlərin hansı sifarişlərlə keçirildiyinin, kimlərə müsabiqədənkənar qrantların verildiyini (hətta öz adamlarına 67 min manat ayırıblar), bəzi əməkdaşların günahsız yerə sıxışdırılaraq çıxarılmasını və digər məsələləri izləyirik. Sadəcə, biz sizin kimi addım atıb nə yaza, nə də deyə bilirik. Bizə ya kiminsə adamı damğası vuracaqlar, ya da Qərbin adamı adlandıracaqlar. Sonda təşkilatımız qrantsız qalacaq. Ona görə ən yaxşısı hamı kimi “əl çalmaq” lazımdır".

İzah etdim ki, mən bu dövlətə hər zaman sədaqətlə xidmət etmişəm, digərləri kimi özümü dövlətin adamı göstərib xəyanətlə məşğul olmamışam.

Bu gün də mənim davam dövləti içdən məhv edən bir qurumdakı ədalətsiz yanaşmadan, oradakı talançılıqdan söhbət gedir. Biz deyirik ki, əlimizdə dəqiq korrupsiya faktları var, bunlar isə başlayır bizə hücuma keçməyə.

O zaman açıq bəyan etsinlər ki, nə faktlar olmasından asılı olmayaraq, biz Agentlikdəki korrupsiya faktlarına göz yumacayıq. Biz də işimizin adını bilək.

Təsəvvür edin, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nda QHT Agentliyi korrupsiyaya qarşı mübarizə məsələlərində icraçılardan biridir.

Görəsən, bu sənədin icrasına nəzarət edən qurumlar Agentlikdəki korrupsiya faktlarını bilə-bilə onları Plana daxil edib, yoxsa bu təsadüfən belə alınıb.

Həqiqətən təzadlı haldır ki, bir qurum korrupsiya içində boğulur, amma o digər qurumlarda korrupsiyaya qarşı mübarizə ilə bağlı iş aparır.

Allah hamımızı şərdən, mərdimazar insanlardan qorusun.

MİA.AZ

P.S. Yazı İSBAM sədrinin Feysbuk-dakı səhifəsindən götürülüb.