İlham Əliyev Vaqif Səmədoğlunu "İstiqlal” ordeni ilə təltif edib. Prezident İlham Əliyev V.S. Vəkilovun "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Azərbaycanın xalq şairi Vaqif Səməd oğlu Vəkilov (Vaqif Səmədoğlu) mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə "İstiqlal” ordeni ilə təltif edilib.