Baş rollarda Aras Bulut İynemli, Songül Öden, Mehmet Günsür, Sarp Akkaya və Esra Bilgiçin yer aldığı "Atatürk" filminin dünən axşam saatlarında qala gecəsi keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qalaya qara "uzunquyruqlu" libası ilə qatılan aktrisa Esra Bilgiç mrasim zalına gedərkən xoşagəlməz halla üzləşiib.
Belə ki, yerlə sürünən donunun "quyruğu" arxadann gələn kişilərdən birinin ayağının altında qalıb. Ani baş verən hadisə zamanı hərəkət edən aktrisa bununla da donunun cırılmasına səbəb olub.
O, bundan sonra donunun "quyruğu"nu əlinə götürərək, zala doğru hərəkətini davam etdirib.
Ləman
MİA.AZ