Tanınmış aktrisa Meryem Üzərli qızları ilə getdiyi Nyu Yorkda pozalar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  “Möhtəşəm Yüzyıl”da "Hürrəm Sultan" rolu ilə geniş pərəstişkar kütləsi qazanan 40 yaşlı Meryem Üzərli uzun illərdir ki, qızları ilə birlikdə xaricdə yaşayır. 

O, İnstagram-dakı 7.5 milyon izləyicisi olan səhifəsində yeni görüntülərini paylaşıb.

Görüntülərdə eyni naxışlı paltar və çəkmələrə üstünlük verən Üzərlinin üzündəki şişlik diqqət çəkib. 

Ləman

MİA.AZ