Uzun müddətdir aktyor bacarığı tənqid olunan aktrisa Hande Erçel Kannda qatıldığı "Mipcom" proqramında susqunluğunu pozub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, FOX TV-də yayımlanan "Bam Başka Biri" serialında baş rolu Burak Dənizlə paylaşan Hande Erçel partnyoru ilə Kannda təşkil edilən Mipcom sərgisində qonaq olub. 

O, burada peşəkarlığının tənqid olunması barədə sualı cavablandırıb.

"Ölkəmdə bu peşədə var olmaq üçün var gücümlə savaşıram", - deyən aktrisa təəssüflə bildirib ki, real həyatda olduğu kimi, sənət dünyasında da "gözügötürməzlik" var: "Mən bunlara çox diqqət etmədən mübarizə aparıram".

Ləman

MİA.AZ