Prezident İlham Əliyevin bu gün imzaladığı daha bir sərəncam açıqlanıb.

Mia.az xəbər verir ki, sərəncam kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına əlavə dəstək haqqındadır.

Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara əlavə ehtiyacını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılması nəzərdə tutulub.