Türkiyədə “Üz-üzə danışaq" və “Eskiz” qruplarının məşhur gitara ifaçısı Can Tunaboylunun sevgilisini 13 gün girov saxlayaraq ona zor tətbiq etməsi, qolunu qırması və sair iddialar Türkiyə mətbuatının manşeti olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Can Tunaboylu sevgilisi Aybike Şelik İnstagram-dakı səhifəsində paylaşım edib.
Can Tunaboylu tərəfindən zorakılığa məruz qaldığını iddia edən Aybike Çelik deyib:
"Dostlar, avqustun 3-nə keçən gecə keçmiş sevgilim tərəfindən ağır formada döyüldüm. Evdə 13 gün zorla saxlanıldım. Qolu sınmış və gözü qaraldılmış halda...”.
O bildirib ki, daha sonra evdə çıxıb Tunaboylunun komandasına başına gələnləri danışmaq istəyib, lakin ona “burada səni dinləyən olmayacaq" cavabı ilə qarşılaşıb: "Məni zamanında ekspertizadan keçməməyim üçün 13 gün evdə duyğu hisslərimlə aldatdı. Amcaq qolmun qırığı zatən sadə yolla düzələn olmadığı üçün avtomatik iş açıldı".
Can Tunaboylu isə işin rəsmi araşdırıldığını deyərək, bu səbəbdən hələlk susduğunu bəyan edib.
Onların hər ikisinin İnstagram-dak paylaşımlarını aşağıda olduğu kimi oxuya bilərsiniz:
Ləman
MİA.AZ