“Aston Villa”da çıxış edən və dünyanın ən cazibədar qadın futbolçusu sayılan Alisha Lehmanna əxlaqsız təklif gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə futbolçu alman rep ifaçısı Şirin Davidin apardığı verilişdə danışıb.

Futbolçu ona əxlaqsız təklif edən şəxsin adını açıqlamasa da, onun çox tanınmış şəxs olduğunu deyib: "Onunla ilk dəfə bir tədbirdə qarşılaşmışdıq. Daha sonra bir məclisdə cangüdənı mənə yaxınlaşıb balaca kağız verdi. Orada açıqca yazmışdı: "Səninlə bir gecə keçirmək üçün 110 min dollar verirəm". Təbii, mən orada cavab vermədim. Daha sonra o, mənim telefonuma mesdaj göndərdi. Həmin mesaj indi də telefonumda qalır. Bu dəfə o, təkcə 110 min dollar deyil, daha çılğın təkliflər göndərib".

Aparıcının "Razı olmadınmı?" sualına o, belə cavab verib: "Yox. Mən belə adamları axmaq sayıram".

Fərid Aslan

MİA.AZ