Müğənni Yaşar Cəlilovun
yeni "Ulduzlu gecə" mahnısı dinləyicilərin ixtiyarına verilib.
Mia.az-ın məlumatına
görə, 106.3 FM-də kompozisiyanın təqdmatı olub. "Ulduzlu gecə"nin
musiqisi Azərbaycanın fövqəladə hallar
naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərova (Kamal), sözləri sözləri nəğməkar şair Baba Vəziroğluya məxsusdur. "Ulduzlu gecə" lirik janrdadır.
Y. Cəlilov
bildirib ki, mahnı artıq radio dalğalarından və televiziya efirlərində eşidiləcək:
"Özümü şanslı müğənni hesab edirəm. hər bir müğənninin arzusudur ki, o
insanlarla işbirliyi qursun. Müğənnilərin arzuları çox olur: biri fəxri ad
almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum
var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir ”.
Mahnını
aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kkompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə
olunub. Y. Cəlilovu Türkiyənin peşəkar
skripkaçıları müşayət edib.
"Ulduzlu
gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.
Mahnını bu linkdən
dinləyə bilərsiniz: