Hollandiya Krallığından Fəxri Mükafata layiq görülən rejissor və müasir sənətçi Kutluğ Atamanın həmin ölkəyə səfəri səfirlik tərəfindən əngəllənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə  rejissor sosial mediadakı səhifəsində yazıb.

O bildirib ki, Hollandiya Krallıyyət ailəsi tərəfindən Avropa mədəniyyətinə verdiyi tövhələrə görə "Şərəf" ordeni ilə təltif olunub. 

Lakin mükafatını almaq üçün vizaya sənədlərini versə də, Niderlandın Ankaradakı səfiri ona "yox" cavabı verib: "Avropa mədəniyyətinə verdiyim töhfələrə görə Hollandiya krallığından mükafat aldım (soruşmayın hansı töhvələri vermişəm, mən sadəcə rəssamam). O mükafatı almaq üçün Hollandiyaya getmək lazım idi. Mənə viza vermədilər. Bununla da Avropa mədəniyyətinə kənardan töhfə verdiyimi anladım".

Xatırladaq ki, rejissor "Kutluğ Ataman", "Oriental", "Kuzu", "Aya Seyahat", "2 Genç Kız", "Ruhuma Asla" ve "Karanlık Sular gibi" filmleri çəkib.

Ləman

MİA.AZ