Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.