Güclü səsi ilə özünə xeyli pərəstişkar toplayan yürkiyəli müğənni İrem Derici İstanbulda konsert verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni konsertində səhnə dekorasiyasına 3 milyon TL xərcləyib. 

Məlumata görə, 16 nəfərlik orkestr və 20 rəqqasdan ibarət komandası ilə səhnəyə çıxan Dericinin konsertində ümumilikdə 150 ​​nəfər çalışıb.

Konsertdə dinləyicilərinə xitab edən müğənni şoudan yazan media orqanlarından və jurnalistlərdən gileylənib: "Maqazin qəzetlərindən bir az narazıyam. Yazırlar ki, niyə tez-tez sevgili dəyişirəm? Bu gün 3 milyonluq səhnə dekorasyamdan yazmayanlar şəxsi həyatımdan yazır. Boş yerə cəhd etməyin. Mən sevgililəri tez-tez dəyişirəm, 3 gün sonra yenidən aşiq olacağam və bu barədə kiməsə hesabat verən deyiləm".

Ləman

MİA.AZ