Cəsarətli geyim tərzi ilə seçilən türkiyəli müğənni Aleyna Tilki yataq otağından yeni görüntü paylaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun 3,1 milyon izləyicisi olduğu İnstaqram hesabında yaydığı yeni fotosuna deyil, əlində tutduğu telefonuna diqqət daha çox olub.
Telefonun qırıq olmasına diqqəti çəkən sevənləri “Telefon hansı müharibədən sağ qalıb?” tipli yüzlərlə şərh yazıblar.
Ləman
MİA.AZ