Dünyaca məşhur olan amerikalı model Kylie Jenner HƏMAS yaraqlılarının hücumu ilə bağlı İsraili dəstəkləyən paylaşım edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 399 milyon izləyicisi olan "İnstaqram" hesabında İsrailə dəstək mesajı paylaşan model qısa zamanda böyük etirazlarla üzləşib.

Məlumata görə, qısa zamanda paylaşımı "bombalanan" model məcbur qalaraq mesajını silib.

Xatırladaq ki, model belə paylaşım etmişdi: "Son illərin ən qorxulu vəziyyətlərindən biri ilə üzləşən İsrail xalqının yanındaysanız. Biz indi və həmişə İsrail xalqının yanında olacağıq"

Ləman

MİA.AZ