İstanbul Beynəlxalq Xalq Musiqisi Festivalında çıxışı planlanan israilli müğənni Riff Kohenin konsertini ləğv edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, "İnstagram"dakı səhifəsində elan paylaşıb.
Riff Kohen bildiirb ki, ölkəsində baş verən hadisələrlə əlaqədar oktyabrın 12-də 5-ci İstanbul Beynəlxalq Xalq Musiqisi Festivalına qatılmayacaq.
O, konsertinə bilet alanlara səslənərək, biletləri kassadan geri almalarını istəyib: "Bilirisinz ki, ölkəmdə müharibə gedir. Mən də ölkəmin, ailəmin yanında olmalıyam. Anlayış göstərdiyiniz üçün hər kəsə təşəkkür edirəm".
Ləman
MİA.AZ