"Diriliş Ertuğrul2 serialında oynadığı "Halime Hatun" obrazı ilə böyük tamaşaçı sevgisi qazanan aktrisa Esra Bilgiç Ata Demirerlə birgə "Bir İhtimal Daha Var" serialına çəkilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa "İnstagram"dakə səhifəsində serialın çəkiliş meydançasından yeni foto paylaşıb və qısa zamanda bu görüntüyə yüzlərlə şərh yazılıb, minlərlə bəyənmə gəlib.
Xatırladaq ki, Ata Dəmirerin baş rolda çəkildiyi "Bir İhtimal Daha Var" serialı Netflix-də yayımlanacaq. Serialda Ata Demirer uğursuz matç proqnozlarına görə işindən qovulan və məşhur iş adamı Refik Saygunun protipini canlandıran yazıçı rolunu oynayır. Refik Saygun rolunu Uğur Yücel, Refikin qızı Seda Saygunu isə Esra Bilgiç canlandırır.
Məlumata görə, serialın çəkilişləri Urlada davam edir. Serialın səkkiz bölümdən ibarət olacağı və 2024-cü ildə Netflix-də yayımlanacağı bildirilir.
Serialın heyətində Ümit Kantarcılar, Lale Mansur, Ediz Akşehir, Murat Kılıç və Hakan Salınmış kimi aktyorlar yer alır.
Ləman
Mia.az