Nazirlər Kabineti "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.

İndiyədək Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) tərəfindən müvafiq fondlar dairəsində xidmətdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə Xidmətin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin müxtəlif adda yüksəkixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına hər il onların iki aylıq vəzifə maaşı məbləğindən və Texniki Müayinə İdarəsinin kinoloji mərkəzində xidməti itlərə qulluq və təlim keçən əməkdaşlarına, eləcə də İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizlik İdarəsinin regional şöbələrində atlara qulluq edən işçilərinə onların aylıq vəzifə maaşının 20 faizi məbləğindən çox olmamaqla əlavələr ödənilib.

Artıq il ərzində deyil, XDMX-nin həmin əməkdaşlarının vəzifə maaşlarına hər ay qeyd olunan məbləğlərdə əlavələr təyin ediləcək.