Müdafiə naziri Ordu günü ilə bağlı göstəriş verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı il dönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirlər planı təsdiq edib: 

"Buna əsasən Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə, birləşmələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Keçiriləcək tədbirlərlə bağlı KİV-ə əlavə geniş məlumat veriləcək”.