Acun Ilıcalının keçmiş həyat yoldaşı, model Şeyma Subaşı misirli iş adamı Məhəmməd Alsaloussi ilə 5 ay əvvəl qurduğu ailləni bu gün rəsmən "dağıdıb".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbulda yerləşən Beykoz məhkəməsi tək iclasda onlaırn nigahına xitam verib.
Xatırladaq ki, Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı mayın 2-də misirli Məhəmməd Əlsaloussi ilə ailə həyatı qurmuşdu.
İddiaya görə, evlənəndən sonra misirli biznesmen ona bəzi qadağalar qoyub. Bu isə modelin xoşuna gəlməyib və o, "evlilikdə psixoloji zorakılıq" iddiası ilə boşanmağa qərar verib.
Məlumata görə, cütlük boşanma ilə bağlı mediaya hər hansı bior açıqlama verməmək öhdıəliyi də götürüb.
Bugünki boşanmadan sonra isə Şeyma Subaşı "İnstaqram" hesabından keçmiş əri ilə olan bütü şəkillərini silib.
Vəkil Altın Mimir isə məhkəmədən sonra müvəkkili Şeyma Subaşı ilə çəkdirdiyi fotonu İnstaqram hesabında paylaşaraq “Yaxşı gündə də, pis gündəd bir yerdə" yazıb.
Ləman
MİA.AZ