"Yeşilçam"ın əfsanələrindən olan "Hababam sinifi"ndə "Bacaksız" obrazını canlandıran usta aktyor Tuncay Akçadan xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, usta aktyor Tuncay Akça uzun illərdən sonra istanbulda bir kafedə görünüb.

Məlumata görə, güıllüşü ilə çəkildiyi filmlərə damğa vuran 59 yaşlı Tuncay Akça aktyorluğu buraxdıqdan sonra  2004-cü il bələdiyyə seçkilərinə qatılıb. O, İstanbul Ümraniye Bələdiyyə Məclisi üzvlüyünə, 2009-cu ilin martında isə İstanbul Sancaktepe (Samandıra) bələdiyyə başqanlığına namizəd olub.

lakin burada uğur qazana bilməyib. O, daha sonra Meral akşenerin lideri olduğu İYİ Partiyaya üzv olub. 

Aktyot bu günlərdə istanbuulun Bakırköy səmtində görünüb. Aydın ollub ki, o, burada kafedə işləyir.

Ləman
 
MİA.AZ