22- sentyabr tarixində İmişli rayon Heydər Əliyev Mərkəzində şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr edilmiş, “Biz həmişə sizinləyik!” adlı qısametrajlı bədii-sənədli film rayon ictimaiyyətinə təqdim edilib.
Mia.az xəbər evrir ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hasil Tağıyevın rəhbəri olduğu “Qayıdış” İctimai Birliyi tərəfindən lentə alınıb.
Bədii-sənədli filmdə şəhidin uşaqlıq, gənclik illəri, Azərbaycan ordusunun zabiti kimi keçdiyi şərəfli həyat yolu işıqlandırılır.
Maraqlı süjet xəttinə malik olan filmdə, şəhidin ruhu uşaqlıq illərini, oxuduğu orta məktəbi ziyarət edir, əzizləri ilə görüşür və kadr arxasından öz həyatını danışır. Filmin sonunda şəhidin övladının “Sənin kimi zabit olub, Vətəni sənin kimi qoruyacam, ata!” demısi iştirakçılar tərəfindən sevgi ilə qarşılanıb.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektoru üzrə baş məsləhətçi Vahid Tağıyev, “Vətən fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızı, H.Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, şəhid baş leytenant Cavid Səfərlinin anası Xatirə Əliyeva və şəhid ailəsi adından şəhid mayor Emin Süleymanovun anası Tamara Süleymanova çıxış ediblər.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan sənədli filmin layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayevdir.