Üç ilə yaxındır misirli biznesmen Mohammed Alsaloussilə sevgili münasibətini 4 ay əvvəl rəsmiləşdirən türkiyəli populyar bloqer və model Şeyma Subaşı boşanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mövcud qanuna görə evliliyin bir ili tamam olmadan boşanma mümkünsüz olduğundan tərəflər qarşlıqlı razılaşma ilə nikaha xitam verdirmək istəyirlər.

Bunun üçün Şeyma Subaşı vəkili Altın Mimir, Məhəmməd Əlsaloussi isə vəkili Emek Emre vasitəsilə məhkəməyə anlaşma ilə bağlı müvafiq sənədləri təqdim ediblər. Onlar qarşılıqlı razılaşma ilə həm nikaha, həm də mülklərin bölünməsinə dair qərar verilməsini istəyiblər.  

Cütlük, eyni zamanda, İstanbul Beykoz məhkəməsində keçiriləcək prosesin media mənsublarının izləməsinə qadağa qoyulmasını xahiş ediblər.

Məlumata görə, məhkəmə jurnalistlərlə bağlı qadağa tələbini təmin edib, digər tələblər isə yaxın həftələrdə məhkəmə iclaslarında araşdırılacaq.

Xatırladaq k, türk model 4 ay əvvəl 3 milyondan çox izləyicisi olan "İnstagram"dakı hesabından toy və nikah fotolarını yayaraq çox xoşbəxt olduğunu yazmışdı. Görünür, 4 ay bir yerdə yaşayan cütlük ailə həyatının heç də sevgili münasibəti kimi olmadığının fərqinə varıblar.

Onu da qeyd edək ki, Şeyma Subaşı Türkiyə şou aləmində kifayət qədər tanınır. O, 2008-də "Miss Turkey" yarışmasına qatılıb, 16 yaşından müxtəlif moda müsabiqələrinə iştirak edib, özünün moda markasını yaradıb.

Ləman

MİA.AZ