1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində kompleks yoxlama başlayıb.
Mia.az xəbər verir ki, həmin məhkəmənin sədri Müseyib Hüseynovun zaman-zaman səlahiyyətlərindən sui-istifadə edərək, sədri olduğu məhkəmənin hakimlərinin qərarlarına təsir etməsi barədə yayılan xəbərlərdən sonra bu yoxlamanın başlanması təsadüfi deyil.
Bu barədə Mia.az-a Məhkəmə-Hüquq Şurasından məlumat daxil olub. Bildirilir ki, Müseyib Hüseynovun sədri olduğu məhkəmədə kərgüzarlıq işlərindən tutmuş, məhkəmə qətnamə və qərardadlarına qədər kompleks yoxlamaya start verilib.
Mia.az-a verilən məlumata görə, məhkəmə sədrinin haqqında bir qədər əvvəl yaşanan mənzil qalmaqalı da (sədrini
özgənin əmlakını ələ keçirməsi haqda dövrü mətbuatda yayılıb) yoxlamanın nəticələrinə təsir göstərə bilər.
Məlumatda yoxlamanın nə zaman bitəcəyinin bilinmədiyi də bildirilir: «Bilinən odur ki, bu yoxlama məhkəmə sədrini həddən artıq tədirgin edib. Görünür, o, vəziyyətin gərginliyinin və yoxlamanın arxasında hansı niyyətin gizləndiyini dəqiq bilir».
Xatırladlaq ki, Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.
Məsələ ilə bağlı Müseyib Hüseynovun münasibətini də dinləməyə hazırıq.
Mia.az