Məşhur türkiyəli müğənni Ferdi Tayfurun qızı Tuğçe Tayfur ərinin sosial media hesabı vasitəsi ilə şantaj olunduğunu açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, İnstagram-dakı səhifəsində paylaşım edib.
Ferdi Tayfurun qızı Tuğçe Tayfur yazıb ki, Amerika hesablı xətlər üzərindən son aylar saxta videolarla şantaj üsulları artıb: "İndi də mənim həyat yoldaşım Muhammet Aydına belə mesaj gəlib. Açıq deyirlər ki, "əgər 100 min dollar verməsən, saxta videoların yoldadır". Məni də tağ edərək, təhdidvari yazlblar ki, "sabah bütün saytlarda özünün intim videolarını görəcəksən, indi Twitterdə yeni səhifə açıb yalnız yoldaşınla sənə bunları göstəririk". Biz artıq bir neçə dəfə belə şantaj mesajlarını "istifadə et, tulla" amaclı profillərdən alırıq. Mesajı yazandan sonra profili bağlayıb gizlənirlər. Əlbəttə, biz belə şantajlara boyun əyən deyilik. Şikayət etdik.
Saxta videolar çəkməklə şantaj nədir?!
Bu, əxlaqsızlıqdır. Gözdən salmağa çalışdığınız adam ilk növbədə atadır! Ağlınızı başınıza yığın! Utanmazlar, tüpürüm sizin sifətinizə!".
Tuğçe Tayfur daha sonra şantajçılara mesaj verib: "Biz dövlətimizə, polisimizə güvənirik. Gec-tez bəlanızı görəcəksiniz. Əmin olun, siz heç vaxt gün işığı görməyəcəksiniz”.
Ləman
MİA.AZ