NİDA Vətəndaş Hərəkatının liderlərindən biri olan Bəxtiyar Quliyev bu gün prezident İlham Əliyevə açıq məktubla müraciət edib.
Virtualaz.org saytınınəldə etdiyi xəbərə görə, 2013-cü ilin martında Azərbaycanda kütləvi iğtişaşlara cəhdə görə 7 il müddətinə azadlıqdan məhrum edilən B.Quliyev dövlət başçısına müraciətində tövbə edərək kütləvi iğtişaşlar yaratmaqda iştirakının olduğunu etiraf edib. NİDA-çı gənc prezidentdən onu bağışlamağını və əfv etməsini xahiş edib.
Qeyd edək ki, B.Quliyev prezidentə müraciəti ilə yanaşı etiraf əizəsi də yayıb.Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.
Müraciətdə B.Quliyev təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd edib və özünün "siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirir.
B.Quliyevinetirafının yer aldığı bəyanatın əlyazmasının fotosurətini təqdim edirik:

Bir azdan isə B.Quliyevin prezidentə müraciətinin tam mətnini yayacağıq.