Amerikalı məşhur müğənni Keti Perri bütün mahnılarının üzərindəki hüquqlarını "Litmus Music" şirkətinə satıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, 225 milyon dollara baş tutan sövdələşməyə əsasən, müğənninin 2008-2020-ci illərdə "Capitol Records" üçün buraxdığı beş albomun hamısının satış, yayım və qonararalma hüquqları şirkətə təhvil verilib.
Məlumat üçün qeyd edək ki, həmin 5 albomda "Firework", "Teenage Dream", "Hot 'n' Cold", "Chained To The Rhythm" və "I Kissed The Girl" kimi milyonlarla satılan hit mahnılar yer alıb.
Hazırda bu mahnıları təkcə Youtube kanalında 3.8 milyarddan çox insan dinləyib.
Ləman
MİA.AZ