Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

MİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar mühəndis"

Əmiraslanov Valeh Şamil oğlu

"Əməkdar pilot"

Əhmədov Səyəddin Əhmədoviç

Novruzov Bəhlul Süleymanoviç

Rublyov Serqey Yuryeviç

Talonin Anatoliy Mixayloviç

"Əməkdar həkim"

Bağırova Nadejda Qurbanovna.

***

Prezidentin daha bir sərəncamına əsasən, Azərbaycan Respublikasının mülki aviasiya işçiləri «Tərəqqi» medalı ilə təltif edilib.

Sərəncamda qeyd olunur ki, mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ayutov Davud Xasyanoviç

Cəfərov İlham Müzəffər oğlu

Dbila Jaouad

Xəlilov Yaşar Fərəməz oğlu

Məmmədov Nazim Abdin oğlu.