"Roma Statutu ratifikasiya olunacaq".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirib.

“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır", - Paşinyan əlavə edib.

2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.

Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya rəhbərliyinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb(Report).