Ukrayna Müdafiə Nazirliyi Krım sahillərində yerləşən "Boyko" neft qüllələrinin (Təbii qaz və neft qazma platformaları) rus ordusundan geri alındığını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada qüllə ilə yanaşı, ətrafda yerləşən qaz və neft platformalarına da nəzarətin bərpa olunduğun bildirilib.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən verilən yazılı açıqlamaya görə, Qara dənizdə unikal əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Ukraynanın nəzarəti bərpa etdiyi bildirilən açıqlamada bu qurğuların Qara dənizdə Krım sahillərində yerləşən təbii qaz və neft qazma platformaları olduğu qeyd edilib: "Rusiya bu qüllələri 2015-ci ildə işğal edib və tammiqyaslı işğalın başlaması ilə onlardan hərbi məqsədlər üçün, xüsusən də helikopterlərin eniş zonaları kimi və radar avadanlıqlarının yerləşdirilməsi üçün istifadə edib. Bugünkü əməliyyatla nəinki qüllələri, eyni zamanda, ətrafdakı “Petro Godovalets” və “Ukraina” qazma platformaları, “Tavrida” və “Sivaş” sualtı qazma platformalarına nəzarət bərpa olunub".
Zülfiyyə
MİA.AZ