Gədəbəy istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb".