Xarici işlər nazirinə iki yeni müavin təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə paylaşım edib:
"Hörmətli diplomatlarımız Yalçın Rəfiyevin və Samir Şərifovun xarici işlər nazirinin müavinləri təyin edilmələri münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin maraqlarının qorunması üzrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram!".
Hər iki şəxs XİN-də idarə rəisi işləyiblər.
Mia.az