İsrailin Baş naziri Binyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi sosial media səhifəsində aşağıdakı paylaşımı edib:
"Binyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub".
MİA.AZ